Premyer Liqada 8-ci turun hakim təyinatları açıqlandı

Futbol üzrə Azərbaycan Premyer Liqasında 8-ci turun bütün təyinatları açıqlanıb. Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.

İlk oyun günündə baş tutacaq “Sabah” – “Sumqayıt” matçını İnqilab Məmmədov idarə edəcək. Turun mərkəzi oyunu olan “Neftçi” – “Zirə” görüşü isə Rəvan Həmzəzadəyə tapşırılıb.

Bazar günü keçiriləcək “Keşlə” – “Qəbələ” matçında isə Vüqar Həsənli iş başında olacaq.

Turun qapanış matçı olan “Səbail” – “Qarabağ” görüşünü isə Rauf Allahverdiyev idarə edəcək.

Azərbaycan Premyer Liqası
8-ci tur
23 oktyabr

“Sabah” – “Sumqayıt”
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Rəhman İmami, Rauf Cabarov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Masazır. “Bank Respublika Arena”, 16:00

“Neftçi” – “Zirə”
Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Cəmil Quliyev, Tural Qurbanov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Bakı. “Bakcell Arena”, 18:15

24 oktyabr

“Keşlə” – “Qəbələ”
Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Eyyub İbrahimov, Kamal Umudlu
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: İlham Əliyev
Bakı. “ASK Arena”, 16:00

25 oktyabr

“Səbail” – “Qarabağ”
Hakimlər: Rauf Allahverdiyev, Pərvin Talıbov, Müslüm Əliyev, Namiq Bəkirov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Rüfət Əmirov
Bakı. “ASCO Arena”, 19:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: