“Arsenal” və “Çelsi” 1/4 finalda

Futbol üzrə İngiltərə Liqa Kubokunda 1/8 final mərhələsinin oyunları keçirilir. Arena.az xəbər verir ki, ilk oyun günündə üç görüş baş tutub.

“Arsenal” doğma meydanda “Lids”lə münasibətlərinə aydınlıq gətirib. “Topçular” bu görüşdə inamlı qələbə sayəsində 1/4 finala yüksəliblər.

“Çelsi” “Sauthempton” səddini penaltilərlə keçib. KPR – “Sanderlend” görüşündə isə qonaqlar penalti seriyasında qalib gəlməklə mərhələ adlayıb.

İngiltərə Liqa Kuboku
1/8 final
26 oktyabr

Arsenal – Lids 2:0

Çelsi – Sauthempton 1:1 (penaltilər 4:3)

KPR – Sanderlend 0:0 (penaltilər 1:3)

27 oktyabr

22:45. Bernli – Tottenhem
22:45. Lester Siti – Brayton
22:45. Preston – Liverpul
22:45. Stok Siti – Brentford
22:45. Vest Hem – Mançester Siti

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: