Türkiyənin “Kasımpaşa” komandasının yeni baş məşqçisi məlum olub. Arena.az xəbər verir ki, sözügedən komandanı bundan sonra Hakan Kutlu çalışdıracaq.
Bu barədə Super Liqa klubunun rəsmi saytı məlumat yayıb. Lakin tərəflər arasındakı müqavilənin müddəti açıqlanmayıb.
Hakan Kutlu cari mövsümdə “Kasımpaşa”nın üçüncü baş məşqçisi olacaq. Mövsümə Şenol Canla başlayan İstanbul klubu elə ilk turdan sonra onu istefaya göndərmiş və Cihat Arslanı baş məşqçi təyin etmişdi. Lakin uğursuz nəticələr səbəbindən bir neçə gün öncə Arslanla da yollar ayrılmışdı.
“Kasımpaşa” bu mövsüm Super Liqada keçirdiyi 10 oyunda cəmi 6 xal toplayıb və 20 kollektiv arasında 19-cu pillədə qərarlaşıb.


