A Seriyasında 12-ci turun ilk matçında məhsuldar heç-heçə

Futbol üzrə İtaliya A Seriyasında 12-ci tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib.

Turnir cədvəlinin 17-ci sırasında qərarlaşan “Cenoa” səfərdə “Empoli”nin qonağı olub. Dörd qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib.

“Yuventus” bu turda “Fiorentina”nı qəbul edəcək. “Roma” “Venetsiya” səfərinə yollanacaq, lider “Napoli” isə “Verona”nın müqavimətini qırmağa çalışacaq.

Turun mərkəzi görüşü Milan şəhərində keçiriləcək. Son çempion “İnter” bu mövsüm uğurlu çıxış edən və hələ məğlub olmayan “Milan”la üz-üzə gələcək.

İtaliya A Seriyası
12-ci tur
5 noyabr

Empoli – Cenoa 2:2
Qol: Di Françesko, 62. Jurkovski, 72 – Krişito, 13-pen. Byanki, 89.

6 noyabr

18:00. Spetsiya – Torino
21:00. Yuventus – Fiorentina
23:45. Kalyari – Atalanta

7 noyabr

15:30. Venetsiya – Roma
18:00. Sampdoriya – Bolonya
18:00. Udineze – Sassuolo
21:00. Latsio – Salernitana
21:00. Napoli – Verona
23:45. Milan – İnter

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: