Futbol üzrə İtaliya A Seriyasında 12-ci turun oyunları keçirilir. Arena.az xəbər verir ki, bu gün daha üç qarşılaşma baş tutub.
“Yuventus” bu turda “Fiorentina”nı qəbul edib və minimal hesabla qalib gəlib. Turinin digər təmsilçisi “Torino” isə səfərdə “Spetsiya”ya uduzub.
“Atalanta” da səfərdə “Kalyari” ilə qarşılaşıb. Üç qolun qeydə alındığı bu oyun qonaqların qələbəsiylə yekunlaşıb.
“Roma” bu turda “Venetsiya” səfərinə yollanacaq, lider “Napoli” isə “Verona”nın müqavimətini qırmağa çalışacaq.
Turun mərkəzi görüşü Milan şəhərində keçiriləcək. Son çempion “İnter” bu mövsüm uğurlu çıxış edən və hələ məğlub olmayan “Milan”la üz-üzə gələcək.
İtaliya A Seriyası
12-ci tur
5 noyabr
Empoli – Cenoa 2:2
Qol: Di Françesko, 62. Jurkovski, 72 – Krişito, 13-pen. Byanki, 89.
6 noyabr
Spetsiya – Torino 1:0
Qol: Sala, 58.
Yuventus – Fiorentina 1:0
Qol: Kuadrado, 90+1.
Kalyari – Atalanta 1:2
Qol: J.Pedro, 27 – Paşaliç, 6. Sapata, 43.
7 noyabr
15:30. Venetsiya – Roma
18:00. Sampdoriya – Bolonya
18:00. Udineze – Sassuolo
21:00. Latsio – Salernitana
21:00. Napoli – Verona
23:45. Milan – İnter


