Liqa kubokunda yarımfinal cütləri bəlli oldu

Futbol üzrə İngiltərə Liqa Kubokunda yarımfinal mərhələsinin püşkü atılıb. Arena.az xəbər verir ki, əvvəlki mərhələlərdən fərqli olaraq, yarımfinal görüşləri ev-səfər prinsipi ilə keçiriləcək.

İlk qarşılaşmalar 2022-ci ildə, yanvarın 5-də, cavab qarşılaşmaları isə ayın 12-də keçiriləcək.

“Arsenal” bu turda “Liverpul”la qarşılaşacaq. “Çelsi” isə finala vəsiqə uğrunda “Tottenhem”lə üz-üzə gələcək.

İngiltərə Liqa kuboku
Yarımfinal
5-12 yanvar

Arsenal – Liverpul
Çelsi – Tottenhem

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: