İngiltərənin “Liverpul” klubu yeni mövsüm üçün ilk transferini reallaşdırıb. Arena.az xəbər verir ki, Mersisayd təmsilçisi “Fulhem”in yarımmüdafiəçisi Fabio Karvalyonu heyətinə qatıb.
Bu barədə Mersisayd klubunun rəsmi saytı məlumat yayıb. 19 yaşlı futbolçu iyulun 1-dən “Liverpul”a qoşulacaq.
Fabio Karvalyo “Benfika”nın yetirməsidir. O, 2015-ci ildən “Fulhem”in akademiyasına cəlb olunub. Portuqaliyalı futbolçu 2020-ci ildən bu klubun əsas komandasında çıxış edirdi. O, bu mövsüm meydana çıxdığı 36 matçda 11 qol vurub, 8 ötürmə edib. “Fulhem” isə yekunda çempion olaraq Premyer Liqaya vəsiqə qazanıb. Karvalyo “Fulhem”in əsas komandasında bütövlükdə 44 matç keçirib, 12 qola imza atıb.


