“Zirə” klubu 5 futbolçusu ilə müqavilənin müddətini uzadıb. Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, Qismət Alıyev və İlkin Muradovla 2, Ruslan Abışov və Anar Nəzirovla isə 1 illik yeni sözləşmə imzalanıb.
Bundan əlavə, “Qarabağ”dan icarəyə götürülmüş Hacıağa Hacılının icarə müqaviləsi növbəti mövsümün sonuna qədər artırılıb.
“Zirə” daha öncə Brayan Alseus və Ağabala Ramazanovla yollarını ayırdığını açıqlamışdı.


