Rəşad Sadıqov: “Makkabi”ni keçmək üçün əlimizdən gələni edəcəyik”

Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində qarşılaşacaqları Təl-Əviv “Makkabi”si haqda fikirlərini bölüşüb. Arena.az xəbər verir ki, o, klubun mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:

“Püşk qarşımıza yaxşı rəqib çıxardı. “Makkabi” Azərbaycan futbol ictimaiyyətinə tanış komandadır. Yaxın keçmişdə “Qarabağ”la Avropa Liqasının qrup mərhələsində də qarşılaşıblar. İsrailin ən güclü, üzdə olan klublarından biridir. Bizim üçün maraqlı təcrübə olacaq”.

Rəşad Sadıqov Konfrans Liqasında mərhələ adlamağa çalışacaqlarını bəyan edib: “Bütün gücümüzlə oyuna hazırlaşacağıq. Sonda uğur qazanıb, mərhələ keçən tərəf olmaq istəyirik. Bunun üçün əlimizdən gələni edəcəyik”.

“Zirə”nin “Makkabi” ilə ilk oyunu iyulun 21-də evdə, cavab qarşılaşması isə 1 həftə sonra səfərdə baş tutacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: