İngiltərənin “Liverpul” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Şotlandiyanın “Aberdin” klubunun müdafiəçisi Kalvin Remzini transfer edib.
Bu barədə Mersisayd klubunun rəsmi saytı məlumat yayıb. 18 yaşlı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb. O, yeni komandasında 22 nömrəli formanı geyinəcək.
“Liverpul” Kalvin Remzi üçün Şotlandiya təmsilçisinə 6.5 milyon funt-sterlinq təzminat ödəyəcək. Şotlandiyalı futbolçu “Aberdin”in öz yetirməsidir. O, ötən mövsüm bu komandanın heyətində 33 oyuna çıxıb. Gənc futbolçu bu görüşlərdə 1 qol vurub və 9 qol ötürməsi verib.


