A Seriyasında 2022/23 mövsümünün püşkü atıldı

Futbol üzrə İtaliya A Seriyasında 2022/23 mövsümünün püşkü atılıb. Arena.az xəbər verir ki, A Seriyasında qarşıdakı mövsümə avqustun 14-də start veriləcək.

Son çempion “Milan” mövsümə evdə başlayacaq. Milan təmsilçisi ilk turda “Udineze”ni qəbul edəcək. Bu şəhərin digər təmsilçisi “İnter” isə səfərdə “Leççe”nin qonağı olacaq.

“Yuventus” yeni mövsümün ilk matçında “Sassuolo”nu qonaq edəcək. Joze Mourinyonun rəhbərlik etdiyi “Roma” isə səfərdə “Salernitana” ilə üz-üzə gələcək.

A Seriyasında 2022/23 mövsümünə 2023-cü ilin 4 iyununda yekun vurulacaq.

İtaliya A Seriyası
1-ci tur

Verona – Napoli
Yuventus – Sassuolo
Milan – Udineze
Montsa – Torino
Sampdoriya – Atalanta
Latsio – Bolonya
Fiorentina – Kremoneze
Spetsiya – Empoli
Leççe – İnter
Salernitana – Roma

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: