Türkiyənin “Beşiktaş” klubu yarımmüdafiəçisi Atiba Hatçinson ilə müqavilənin müddətini uzadıb. Arena.az xəbər verir ki, bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb.
39 yaşlı futbolçu ilə 1 illik yeni sözləşmə imzalanıb. Tərəflər arasındakı əvvəlki sözləşmənin müddəti bu yay bitirdi.
Atiba Hatçinson 2013-cü ildən İstanbul təmsilçisində çıxış edir. Təcrübəli oyunçu “Beşiktaş”da keçirdiyi 9 mövsüm ərzində 326 matça çıxıb. O, bu oyunlarda 26 qol vurub, 37 məhsuldar ötürmə ilə yadda qalıb. Kanadalı futbolçu bu müddət ərzində üç dəfə (2015-16, 2016-17, 2020-21) Super Liqanın, bir dəfə (2020-21) Türkiyə Kubokunun və bir dəfə də (2021) Türkiyə Super Kubokunun qalibi olub.
Hatçinson “Beşiktaş”dan öncə PSV, “Kopenhagen”, “Helsinqborq”, “Öster”, “Toronto Links” və “York Region Şuters” kimi klublarda da forma geyinib. Kanada yığmasında 97 matça çıxan təcrübəli oyunçu 9 qolla yadda qalıb.


