“Liverpul” Fabio Karvalyo ilə gücləndi

İngiltərənin “Liverpul” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Premyer Liqa nəhəngi elitanın digər təmsilçisi “Fulhem”dən gənc yarımmüdafiəçi Fabio Karvalyonu transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Portuqaliyalı futbolçu ilə 2027-ci ilin yayınadək nəzərdə tutulan müqavilə imzalanıb. Oyunçunun yeni komandasında 28 nömrəli formanı geyinəcəyi diqqətə çatdırılıb.

“Liverpul” Portuqaliyanın U-21 millisinin üzvü olan futbolçu üçün 5,9 milyon avroluq təzminat ödənyib.

Fabio Karvalyo “Fulhem”in öz yetirməsidir. 19 yaşlı futbolçu 2020-ci ildən bu klubun əsas komandasında çıxış edirdi. O, ötən mövsüm “Fulhem”də 38 oyunda 11 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. Bütövlükdə isə portuqaliyalı oyunçu bu klubun əsas komandasında 44 oyunda 12 qolla yadda qalıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: