Türkiyədə təlim-məşq toplanışında olan “Zirə” bu gün ikinci yoxlama oyununu keçirib. Arena.az xəbər verir ki, Rəşad Sadıqovun çalışdırdığı paytaxt təmsilçisi Boludakı hazırlıq çərçivəsində “Eyüpspor”la üz-üzə gəlib.
Türkiyə 1-ci Liqasında çıxış edən bu rəqiblə qarşılaşma qolsuz yekunlaşıb.
Xatırladaq ki, Azərbaycan çempionatının bürünc mükafatçısı Boludakı ilk yoxlama matçında Rumıniyanın “Hermanştadt” komandası ilə qarşılaşmışdı. Rəşad Sadıqovun yetirmələri həmin oyundan 1:2 hesablı məğlubiyyətlə ayrılmışdılar.
Yoxlama oyunu
6 iyul
Zirə – Eyüpspor 0:0


