Voyislav Stankoviç “Neftçi”nin heyətində 100-cü oyununu keçirib. Arena.az xəbər verir ki, serbiyalı müdafiəçinin yubileyi Azərbaycan Premyer Liqasının 8-ci turunda gerçəkləşib.
“Qarabağ”la səfərdəki Azərbaycan derbisi Stankoviç üçün 100-cü matçla əlamətdar olub. O, bu görüşlərdə 6 qola imza atıb.
35 yaşlı müdafiəçi həm də Premyer Liqada 75-ci dəfə “ağ-qaralar”ın formasını geyinib. O, 5 qolunu çempionatda vurub. Stankoviç avrokuboklarda 18, ölkə kubokunda 7 (1 qol) dəfə “Neftçi”nin şərəfini qoruyub.
Qeyd edək ki, Voyislav Stankoviç 2019-cu ilin yayından Bakı klubunda çıxış edir. O, 2015/16 mövsümündə “İnter”də (indiki “Şamaxı”), 2016-2019-cu illər aralığında isə “Qəbələ”də forma geyinib.


