“Liverpul”un yarımmüdafiəçisi Kurtis Cons İngiltərə klubu ilə müqaviləsinin müddətini artırıb. Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
21 yaşlı futbolçunun yeni sözləşməsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub.
Kurtis Cons 6 yaşından “Liverpul”dadır. İngiltərəli futbolçu 2019-cu ildən əsas komandada çıxış edir. O, “qırmızılar”ın əsas komandasının heyətində meydana çıxdığı 81 oyunda 8 qol vurub, 10 məhsuldar ötürmə müəllifi olub.


