“Şamaxı”nın hücumçusu Rövşən Şahmuradov əyalət klubu ilə yeni müqavilə bağlayıb. Arena.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, 23 yaşlı hücumçu ilə 2.5 illik yeni sözləşmə imzalanıb.
Xatırladaq ki, Rövşən Şahmuradov yayda azad agent kimi Şamaxı təmsilçisinə keçmişdi.


