Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Zirə” bu gün ilk yoxlama oyununda qüvvəsini sınayıb. Arena.az xəbər verir ki, Rəşad Sadıqovun çalışdırdığı komanda Rumıniyanın “Kindiya” kollektivi ilə qarşılaşıb.
Rəşad Sadıqov “Kindiya” ilə oyunda aşağıdakı start heyəti meydana buraxıb: Anar Nəzirov (k), Samir Ağayev, Ruslan Abışov, Cavad Qurbanlı, Ramin Əhmədov, Loris Bronyo, Toni Qomes, Coşqun Diniyev, Andriya Lukoviç, İlkin Muradov, Mirsayib Abbasov.
Azərbaycan təmsilçisi bu görüşdən 3:2 hesabı ilə qalib ayrılıb. Komandanın qollarını Coşqun Diniyev (15-ci dəqiqədə penaltidən), Toni Qomes (15-ci dəqiqədə) və Hamidu Keyta (75-ci dəqiqədə) vurublar.
Xatırladaq ki, zirəlilər toplanış müddətində daha 2 yoxlama oyunu keçirməyi planlaşdırırlar. Komanda yanvarın 17-də Macarıstanın “Seged-Çanada” və Serbiyanın “Radniçki” klubları ilə də qarşılaşacaq.
“Zirə” yanvarın 18-də təlim-məşq toplanışını başa vuraraq Bakıya qayıdacaq.


