Futbol üzrə İngiltərə Liqa Kubokunda 1/4 final mərhələsinə yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha iki qarşılaşma baş tutub.
Əvvəlcə “Nottingem Forest”lə “Vulverhempton” komandaları üz-üzə gəliblər. Bu görüşün əsas və əlavə vaxtında qalib müəyyənləşməyib. Bu üzdən də penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Nottingem Forest” yarımfinala yüksəlib.
Sonuncu oyunda isə “Sauthempton” və “Mançester Siti” komandaları üz-üzə gəlib. Meydan sahibləri iki cavabsız qolla qalib gələrək yarımfinala yüksəliblər. Mançester təmsilçisi isə gözlənilməz şəkildə kubokla vidalaşıb.
Xatırladaq ki, ilk oyun günündə “Mançester Yunayted” “Çarlton”u, “Nyukasl” isə “Lester Siti”ni mübarizədən kənarlaşdırmaqla yarımfinala yüksəlmişdilər.
İngiltərə Liqa Kuboku
1/4 final
10 yanvar
Mançester Yunayted – Çarlton 3:0
Qol: Antoni, 21. Reşford, 90; 90+4
Nyukasl – Lester Siti 2:0
Qol: Bern, 60. Joelinton, 72.
11 yanvar
Nottingem Forest – Vulverhempton 1:1 (penaltilər 4:3)
Qol: Boli, 18 – R.Ximenes, 64.
Sauthempton – Mançester Siti 2:0
Qol: Mara, 23. Djenepo, 28.


