Mixaylo Mudrik 70 milyon avroya “Çelsi”də!

Futbol üzrə Ukrayna milli komandasının və Donetsk “Şaxtyor”unun yarımmüdafiəçisi Mixaylo Mudrik bundan sonra karyerasını “Çelsi”də davam etdirəcək. Arena.az xəbər verir ki, İngiltərə klubu 22 yaşlı vingeri heyətinə qatdığını açıqlayıb.

Bu barədə London təmsilçisinin rəsmi saytı məlumat yayıb. Gənc futbolçu ilə “zadəganlar” arasındakı müqavilənin müddəti 2031-ci ilin 30 iyununa qədər davam edəcək. “Çelsi” bu transfer üçün “Şaxtyor”a 70 milyon avro ödəyib.

Mixaylo Mudrik Donetsk “Şaxtyor”unun öz yetirməsidir. O, vaxtilə Kiyev “Arsenal”ında və “Desna”da icarədə də oynayıb. “Şaxtyor”da 44 oyuna çıxmış futbolçu, 12 qol və 17 məhsuldar ötürmə müəllifi olub. Ukraynanın U-16, U-17, U-19 və U-21 yığmalarında da oynamış Mudrik, 2022-ci ilin iyun ayından əsas millidə də forma geyinir. O, Ukrayna milli komandasında 8 oyun keçirsə də, hələ fərqlənə bilməyib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: