Noni Madueke 35 milyon avroya “Çelsi”də!

21 yaşadək futbolçulardan ibarət İngiltərə millisinin və Niderlandın PSV komandasının yarımmüdafiəçisi Noni Madueke ölkəsinə qayıdıb. Arena.az xəbər verir ki, 20 yaşlı vinger “Çelsi”yə transfer olunub.

Bu barədə London klubunun rəsmi saytı məlumat yayıb. “Zadəganlar” bu keçid üçün PSV-yə 35 milyon avro ödəyiblər. Gənc futbolçu ilə isə 7.5+1 illik müqavilə imzalanıb. Bir sözlə, Madueke ən azı 2020-ci ilin 30 iyununa kimi “Çelsi”nin uğurları üçün çalışmağa davam edəcək.

Noni Madueke daha öncə “Kristal Pelas” və “Tottenhem” klublarının futbol akademiyalarında oynayıb. O, 2018-ci ildən PSV-də çıxış edirdi. Gənc vinger Niderland klubunun əsas komandasında 80 oyuna çıxıb, 20 qol vurub və 14 məhsuldar ötürmə müəllifi olub. İngiltərənin aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış futbolçu, hazırda U-21-in formasını geyinir.

Xəbəri sosial şəbəkələrdə paylaş: