Futbol üzrə İngiltərə Liqa Kubokunda yarımfinal mərhələsinə yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə də bir görüş baş tutub.
İkinci finalçı “Mançester Yunayted” – “Nottingem Forest” matçında müəyyənləşib. “Qırmızı şeytanlar” inamlı qələbə sayəsində həlledici oyuna vəsiqə qazanıblar.
Daha öncə “Nyukasl” doğma meydanda “Sauthempton”a qalib gələrək finala yüksəlmişdi. Beləliklə, İngiltərə Liqa Kubokunda fevralın 26-da keçiriləcək final matçında “Nyukasl”la “Mançester Yunayted” üz-üzə gələcəklər.
İngiltərə Liqa Kuboku
Yarımfinal
31 yanvar
Nyukasl – Sauthempton 2:1
Qol: Lonqstaff, 5; 21 – Adams, 29.
1 fevral
Mançester Yunayted – Nottingem Forest 2:0
Qol: Marsyal, 73. Fred, 76.


