Bu gün “Fairmont” hotelində AFFA-nın Konfransından dərhal sonra İcraiyyə Komitəsinin də növbəti iclası keçirilib. Arena.az xəbər verir ki, aparılmış müzakirələrdən sonra bir sıra qərarlar qəbul olunub.
Qərarlardan biri AFFA-nın nəzdində fəaliyyət göstərən üç komitənin tərkibinin təsdiq olunması ilə bağlıdır.
Belə ki, Apellyasiya Arbitraj Tribunalının sədri Nazim Rəşidov təsdiq olunub. Nazim Rəşidov Azərbaycan Respublikası Baş Prokurorluğunun nümayəndəsidir.
Apellyasiya Arbitraj Tribunalının üzvləri isə bunlar olacaq:
Rüfət Kərimov – Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinin nümayəndəsi
Arif Əyyubov – Vəkillər Kollegiyasının üzvü
Orxan Məmmədov – Dövlət Vergi xidmətinin nümayəndəsi
Rəşad Qasımov – Fərdi sahibkar
Cavid Quliyev – Dövlət Təhlükəsizlik Xidmətinin nümayəndəsi
Oyunçuların Statusu və Transferi Komitəsində isə sədr vəzifəsinə hüquqşünas Tural Eyvazov təsdiqlənib.
AFFA-nın əməkdaşı olan Nurlan Zeynalzadə Oyunçuların Statusu və Transferi Komitəsində katib kimi fəaliyyət göstərəcək. Komitənin üzvləri isə bunlar olacaqlar:
Orxan Əhmədov – AFFA-nın əməkdaşı
Seymur Səlimli – AFFA-nın əməkdaşı
Fərid Haqverdiyev – Hüquqşünas
Elgiz Abbasov – PFL-in əməkdaşı
AFFA İntizam Komitəsinin sədri kimi Erkin Hüseynov (hüquqşünas) təsdiqlənib. İK-nın üzvləri bu tərkibdə olacaq:
Məlik Həsənov – PFL-in əməkdaşı
Qabil Nəcəfov – AFFA-nın əməkdaşı
Elçin Məmmədov – AFFA-nın əməkdaşı
Aslan Şahgəldiyev – PFL-in vitse-prezidenti
Ramil Cahangirov – Dövlət Şəhərsalma Agentliyinin nümayəndəsi
Ömər Paşayev – Hakimlər Komitəsinin üzvü
Səs hüququ olmayanlar:
Namiq Əliyev – İntizam üzrə müfəttiş
Müzəffər Müzəffərli – PFL-in əməkdaşı
Rəna Əsədova – AFFA-nın əməkdaşı


