UEFA futbol üzrə Azərbaycan çempionu “Qarabağ”a Avropa Konfrans Liqasının pley-off mərhələsində iştirakına görə maliyyə vəsaiti ayırıb. Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, UEFA tərəfindən ayrılmış 300.000 (üç yüz min) avro maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə Ağdam klubunun hesabına köçürülüb.
Millətlər Liqasının 2022/23 mövsümündə futbolçuları mili komandaların heyətində çıxış etmiş Azərbaycan klublarına da vəsait ayrılıb. UEFA-dan ayrılmış bu vəsait də AFFA-nın vasitəçiliyi ilə aşağıdakı klubların bank hesablarına köçürülüb:
“Qarabağ” – 215 881 avro
“Neftçi” – 73 180 avro
“Sabah” – 51 226 avro
“Zirə” – 43 908 avro
“Sumqayıt” – 40 249 avro
“Qəbələ” – 18 295 avro
“Şamaxı” – 10 977 avro
“Səbail” – 7318 avro


