UEFA Çempionlar Liqasının 2022/2023 mövsümünün qalibi olan İngiltərənin “Mançester Siti” komandası daha bir uğura imza atıb.
Arena.az xəbər verir ki, UEFA 2022/2023 mövsümünün yekunlarına əsasən Avropa klublarının reytinqini açıqlayıb.
Siyahıya Çempionlar Liqasının sonuncu qalibi olan “Mançester Siti” başçılıq edir – 145,000 bal.
Sabiq lider Münhen “Bayern”i (136,000) ikinci pilləyə enib. “Üçlüyü” London “Çelsi”si (126,000) qapayır.
Reytinq cədvəlində Azərbaycan klublarının da mövqeyi bəlli olub. Ən yaxşı göstərici şübhəsiz ki, “Qarabağ”a məxsusdur. Ağdam təmsilçisi geridə qalan mövsümü 25,000 balla 66-cı sırada bitirib. Bu pilləyə Azərbaycan çempionu ilə yanaşı, Yunanıstanın PAOK və Rusiyanın “Krasnodar” klubları da şərikdirlər.
Digər klublarımızdan “Neftçi” 9,000 balla 152-ci pilləyə şərikdir. “Şemrok Rovers”, “Universitatya Krayova”, “Kayrat”, TNS və Lyublyana “Olimpiyası” da eyni göstəricilərə malikdir.
“Qəbələ” 4,000 balla 304-cüdür. Əyalət təmsilçisinin şərikləri daha çoxdur – “Payde”, “Tirana”, “Botev”, “Borats”, “İnter Turku”, “Tre Penne”, “Priştina”, “Hafnarfyordur”, “Arda”, “Styarnan”, “Riteryay”, “Kalyu Nomme”, “Slaviya” (Sofiya).
“Şamaxı” 3,500 balla 322-ci sıradadırsa, 3,250 balı olan “Zirə”, “Sumqayıt” və “Səbail” 331-ci pilləyə şərikdirlər.
Türkiyə klublarından ən yaxşı göstərici “Qalatasaray”a məxsusdur – 31,500 balla 55-ci yer. 31,000 balı olan “Başakşəhər” 56-cı, 30,000 bala malik “Fənərbaxça” 58-cidir. “Sivasspor” (16,500) 98-ci, “Beşiktaş” (14,000) 109-cu, “Trabzonspor” (11,500) 127-cidir. 6.420 xalı olan “Konyaspor”, “Alanyaspor”, “Yeni Malatyaspor” və “Akhisarspor” 206-cı pilləni bölüşürlər.
Xatırladaq ki, UEFA-nın klub reytinqi son beş mövsümün nəticələri əsasında tərtib edilir:



