“Tottenhem”in və “Yuventus”un sabiq baş məşqçisi Antonio Konte yenidən peşəsinə qayıtmaq ehtimalı barədə danışıb.
Arena.az “Tuttomercatoweb”ə istinadən italyan mütəxəssisin bu xüsusda fikirlərini diqqətinizə çatdırır:
“Çalışdırmaq istəyi həmişə var – əks halda mən bu işi tərk edərdim. Buna rəğmən, qeyd etmək istəyirəm ki, mən iş axtarışı ilə çılğıncasına məşğul deyiləm. Layihə mənə həqiqətən maraqlı görünərsə, təklifi nəzərdən keçirəcəyəm. Mən həm İtaliyada və həm də xaricdə işləməyə hazıram”.
Bundan əvvəl, Massimiliano Alleqrinin “Yuventus”dan ayrılacağı təqdirdə Kontenin Turin klubuna qayıda biləcəyi bildirilirdi.
Xatırladaq ki, Antonio Konte son olaraq İngiltərənin “Tottenhem” komandasına rəhbərlik edib. İtalyan mütəxəssis 2021-2023-cü illər aralığında çalışdırdığı Prmeyer Liqa təmsilçisindən mart ayında ayrılıb.


