“Tottenhem”in və Braziliya yığmasının hücumçusu Riçarlison Madrid “Real”ında oynamaq istədiyini bəyan edib.
Arena.az “Globo”ya istinadən xəbər verir ki, 26 yaşlı futbolçu bu istəyinə baxmayaraq, müqaviləsinin sonuna qədər “Tottenhem”dən ayrılmaq fikrində olmadığını da açıqlayıb:
“Əlbəttə ki, hər bir futboçu “Real”ın forması geyinmək istəyir, onlar dünyanın ən nəhəng klubudur. Ancaq mənim klubum, müqaviləm var, məni nədən belə baha qiymətə aldıqlarını göstərməliyəm.
Ötən mövsümü “Tottenhem”də aldığım zədələrə görə boşa verdim. “Real”ın formasını geyinmək hər bir futbolçunun arzusudur. Amma mən hələ də öz oyunumu “Tottenhem” forması ilə göstərməliyəm”.
2022/2023 mövsümündə Riçarlison “Tottenhem”in heyətində 35 dəfə meydana çıxıb, 3 qol vurub, 4 məhsuldar ötürmə ilə fərqlənib. “Tottenhem” Premyer Liqanı 8-ci sırada tamamlayıb.
“Transfermarkt” internet-portalı Riçarlisonu 55 milyon avro məbləğində qiymətləndirir.


