Xviça Kvaratsxeliya A Seriyasının ən bahalaşmış futbolçusudur

Gürcüstan yığmasının və “Napoli”nin hücumçusu Xviça Kvaratsxeliya 2022/2023 mövsümü üçün A Seriyasının ən bahalı oyunçusudur.

Arena.az bu haqda “Transfermarkt” internet-portalına istinadən xəbər verir.

Ötən mövsümün yekunlarına görə, A Seriyasının ən yaxşı oyunçusunun qiyməti 70 milyon avro artaraq, hazırda 85 milyon avro avrodur.

İkinci və üçüncü yerdə digər “Napoli” oyunçuları qərarlaşıblar: 55 milyon avro bahalaşmış Viktor Osimhen (hazırkı qiyməti 120 milyon avro) və 46 milyon avro bahalaşmış müdafiəçi Kim Min Jae (hazırkı qiyməti 60 milyon avro)

İlk onluq belədir:

  1. Xviça Kvaratsxeliya (“Napoli”, +70 milyon avro);
  2. Viktor Osimhen (“Napoli”, +55 milyon avro);
  3. Kim Min Jae (“Napoli”, +46 milyon avro);
  4. Rasmus Höylund (“Atalanta”, +40,5 milyon avro);
  5. Corco Skalvini (“Atalanta”, +30 milyon avro);
  6. Nikolo Facoli (“Yuventus”, + 28,5 milyon avro);
  7. Adrien Rabyo (“Yuventus”, + 23 milyon avro);
  8. Andre Onana (“İnter”, + 23 milyon avro);
  9. Rafael Leao (“Milan”, +20 milyon avro);
  10. Stanislav Lobotka (“Napoli”, +20 milyon avro).
Xəbəri sosial şəbəkələrdə paylaş: