Formula 1 yürüş seriyasının sahibi olan ABŞ-ın “Liberty Media” şirkəti İngiltərə Premyer Liqası klublarını almağı hədəfləyib.
Arena.az bu haqda “Daily Express”ə istinadən xəbər verir.
Mənbənin məlumatına görə, “Liverpul”, “Mançester Yunayted” və “Tottenhem” investorlar üçün ən yaxşı seçimlərdir. Belə ki, bu klublar hazırda nəzəri cəhətdən satın alına bilən yeganə klublardır.
2017-ci ildə “Liberty Media” şirkəti Formula 1 yürüşünü keçmiş sahibi Berni Ekklstoundan 3,3 milyard funt-sterlinqə satın alıb. Bundan əlavə, ABŞ şirkəti “Atlanta Breyvz” beysbol klubunun sahibidir.
Şirkətin rəhbəri Qreq Maffeyin bu xüsusda “Walker Webcast”a verdiyi müsahibəsini diqqətinizə çatdırırıq:
“Ucuz qiymətə satın almaq seçiminə etirazı edərdim. İstərdik ki, münasib qiymətə alıb sonra da artıraq. Bu haqda bir-iki fikrim var. Formula 1 layihəsi və “Atlanta Breyvz” sayəsində mən əminəm ki, bizim münasib qiymətə və uzunmüddətli gələcəyə malik əla məhsul yaratmaq biznesində ən yaxşı beysbol komandası var. Üstəlik, müqavilələr üzrə yaxşı təşkilatlanmış əntiqə gənc oyunçularımız var.
Biz Formula 1-də uğur nümayiş etdirmişik, idmanda etimad qazanmışıq və bunu təkrarlamağa hazırıq.
İngiltərə Premyer Liqasının klubları? Öyrənmədiyimiz heç nə yoxdur. Bu o demək deyil ki, biz hər şeyi almağa hazırıq, amma biz idmanı həqiqətən cəlbedici investisiya hesab etdiyimizdən, bir çox variantları nəzərdən keçiririk. Mənə elə gəlir ki, menecerlərimizin əldə etdiyi təcrübə digər idman növlərində də bizə yardım edə bilər”.


