“İnter Mayami”nin və Argentina yığmasının ulduz hücumçusu Lionel Messi PSJ ilə Çempionlar Liqasını qazana bilməməsi haqda danışıb.
Arena.az “beIN Sports”a istinadən Messinin bu xüsusda fikirlərini təqdim edir:
“Mənim məqsədim həmişə hər şeyi qazanmaqdır. Çempionlar Liqası bu hədəflərdən biridir. İki il ərzində bunu qazana bilmədik. Bu da iki böyük məyusluq oldu.
Ancaq klub Çempionlar Liqasını qazanmaq istəyirsə belə, biz qazandıqlarımıza dəyər verməliyik”.
Xatırladaq ki, Lionel Messi 2022/2023 mövsümünün bitməsilə PSJ-dən azad agent qismində ayrılaraq ABŞ MLS-in təmsilçisi “İnter Mayami”yə keçib.


