“Tottenhem” Ceyms Meddison üçün 45 milyon avro təklif etdi

“Tottenhem” Premyer Liqanı tərk edən “Lester Siti”nin yarımmüdafiəçisi Ceyms Meddison üçün 45 milyon avro təklif edir.

Arena.az bu barədə “The Telegraph”a istinadən xəbər verir.

Mənbənin bildirdiyinə görə, “mahmızlar”ın təklif etdiyi məbləğ “tülkülər”i qane etməyib. “Lester Siti” komandanın liderlərindən birinin satışından ən azı 65 milyon avro qazanc əldə etmək niyyətindədirlər.

26 yaşlı Meddisona daha bir iddialı klub “Nyukasl” isə “Milan”ın yarımmüdafiəçisi Sandro Tonalinin alınmasından sonra Meddisona marağını demək olar ki, itirib.

2022/2023 mövsümündə Ceyms Meddison “Lester Siti”nin heyətində 32 oyuna çıxıb, 10 qol vurub, 9 məhsuldar ötürmə verib.

Ceyms Meddisonun “Lester Siti” ilə müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.

“Transfermarkt” internet-portalı Ceyms Meddisonu 60 milyon avro məbləğində qiymətləndirir.

Daha əvvəl “Tottenhem”in yeni baş məşqçisi Ange Postekoqlunun Ceyms Meddisonu transfer etmək istəyi barədə məlumat yayılmışdı.

Xəbəri sosial şəbəkələrdə paylaş: