İngiltərənin “Tottenhem” klubu hücumçusu Harri Keyn üçün “Bayern”in təklif etdiyi 70 milyonluq təklifdən imtina edib.
Arena.az bu haqda italyan jurnalist-insayder Fabrisio Romanoya istinadən xəbər verir.
Məlumatda bu gün “Bayern”in Keynin transferi üçün bonuslar xaric 70 milyon avroluq rəsmi təklif irəli sürdüyü deyilir. Müvafiq məbləğ “Tottenhem” rəhbərliyini qane etmədiyi üçün “mahmızlar” Münhen klubuna rədd cavabı veriblər. Danışıqların sonrakı mərhələsi haqda hələ məlumat yoxdur.
2022/2023 mövsümündə Harri Keyn “Tottenhem”in heyətində 49 oyuna çıxıb, 32 qol vurub, 5 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı Harri Keyni 90 milyon avro məbləğində qiymətləndirir.


