“Mançester Siti” Deklan Rays uğrunda mübarizədən geri çəkildi

“Mançester Siti” rəhbərliyi “Vest Hem”in yarımmüdafiəçisi Deklan Rays uğrunda mübarizədən geri çəkilmək qərarına gəlib.

Arena.az bu barədə jurnalist-insayder Cek Qohana istinadən xəbər verir.

Məlumatda “Mançester Siti”nin geri addım atmasının səbəbi kimi “Arsenal”ın Deklan Rays üçün “Vest Hem”ə rekord məbləğdə – 122 milyon avroluq təklif ünvanlaması göstərilir.

Transferin baş tutacağı halda 24 yaşlı Deklan Raysın futbol tarixinin ən bahalı britaniyalı oyunçusu olacağı vurğulanır. Cari rekord Cek Qrilişin “Aston Villa”dan “Mançester Siti”yə 117,5 milyon avro qarşılığında keçididir.

Daha əvvəl, “Vest Hem”in “Arsenal”ın müvafiq təklifini rədd etdiyi, amma tərəflərin razılığa gələ biləcəyi haqda məlumat yayılıb.
“Çəkicdöyənlər”in “topçular”ın təklif etdiyi məbləğə razı olduğu, lakin bu məbləğin zəmanətli hissənin ödəniş şərtlərini qəbul etmədiyi vurğulanır. “Arsenal” ödəniş müddətini beş ilə nəzərdə tutur, “Vest Hem” isə ödənişin mümkün ən tez zamanda həyata keçirilməsində israrlıdır.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: