“Çelsi” və “Mançester Yunayted” Argentina yığmasının və “Aston Villa”nın qapıçısı Emiliano Martineslə maraqlanırlar.
Arena.az bu barədə jurnalist-insayder Ekrem Konura istinadən xəbər verir.
Mənbənin məlumatına görə, hər iki klub fəal surətdə yeni qapıçı axtarışındadır və 30 yaşlı argentinalı dünya çempionunu uyğun namizəd kimi görürlər.
Daha əvvəl Martinesin “Aston Villa”nın baş məşqçisi Unai Emeri ilə münaqişəsinin olduğu bildirilirdi. Emeri cari transfer pəncərəsində qapıçı ilə ayrılmağa qarşı deyil.
2022/2023 mövsümündə Martines “Aston Villa”nın heyətində 37 oyuna çıxıb, 39 qol “yeyib”, 13 oyundan “quru” çıxıb.
Martinesin “Aston Villa” ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
“Transfermarkt” internet-portalı Emiliano Martinesi 28 milyon avro məbləğində qiymətləndirir.


