Soboslai “Liverpul”da hansı mövqedə oynamaq istəyini açıqladı

“Liverpul”un yeni futbolçusu Dominik Soboslai “qırmızılar”ın heyətində istənilən mövqedə oynamağa hazır olduğunu bildirib.

Arena.az “Liverpul”un rəsmi saytına istinadən Soboslainin bu xüsusda fikirlərini diqqətinizə çatdırır:

“Düzünü desəm, mənim üçün fərqi yoxdur, sadəcə olaraq meydanda olmaq istəyirəm. Təbii, hər kəsin öz mövqeyi var. Əvvəla, mən hücumameyilli yarımmüdafiəçiyəm, “onluğ”am, mən geriyəçəkilmiş hücumçu kimi oynaya bilərəm, solda, sağda, cinahlarda oynaya bilirəm. Mən sadəcə oynamaq istəyirəm.

“Box-to-box” (cərimə meydançasından cərimə meydançasına – redaktorun qeydi) oynaya bilərəm: mən kifayət qədər sürətliyəm, amma digər oyunçulara baxanda, ən sürətli deyiləm. Yaxşı zərbəm var. Ancaq mən, yalnız mən deyiləm, bu, bir komandadır, ona görə də işə başlamağı səbirsizliklə gözləyirəm”.

Xatırladaq ki, Soboslai “Leypsiq”dən “Liverpul”a 70 milyon avroya transfer edilib. Macar yarımmüdafiəçinin “qırmızılar”la müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulub.

2022/2023 mövsümündə Soboslai “Leypsiq”in heyətində 46 oyuna çıxıb, 10 qol vurub, 13 məhsuldar ötürmə verib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: