Tyaqo Silva: “Dibala “Çelsi”yə keçidi ilə bağlı mənə cavab vermədi”

“Çelsi”nin kapitanı və mərkəz müdafiəçisi Tyaqo Silva “Roma”nın hücumçusu Paulo Dibalanın “zadəganlar”ın düşərgəsinə keçidi haqda danışıb.

Arena.az “Sky Sports”a istinadən Tyaqo Silvanın bu xüsusda fikrini diqqətinizə çatdırır:

“Mən Paolo Dibaladan “Çelsi”yə keçib-keçməyəcəyi haqda birbaşa soruşdum, amma o, mənə cavab vermədi! O, əla oyunçudur. “Çelsi” ilə müqaviləyə razılıq verməsi bizim üçün əla imza olardı. Hadisələrin belə inkişafını bəyənirəm”, deyə Tyaqo Silva bildirib.

Xatırladaq ki, Paolo Dibala “Roma”da ötən yaydan çıxış edir.
Geridə qalmış 2022/2023 mövsümündə 29 yaşlı argentinalı hücumçu “canavarlar”ın heyətində 38 oyuna çıxıb, 18 qol vurub, 8 məhsuldar ötürmə verib.

Dibalanın “Roma” ilə müqaviləsi 2015-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

“Transfermarkt” internet-portalı Paolo Dibalanı 30 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: