Huqo Lyoris bu yay “Tottenhem”i tərk edəcək

Futbol üzrə Fransa millisinin və İngiltərənin “Tottenhem” klubunun qapıçısı Huqo Lyoris bu yay London təmsilçisini tərk edəcək.

Arena.az bu barədə jurnalist-insayder Fabrisio Romanoya istinadən xəbər verir.

Mənbənin məlumatına görə, “Tottenhem” rəhbərliyi qapıçıya “mahmızlar”la mövsümöncəsi hazırlıq turuna getməməyə icazə verib. Müvafiq icazənin 36 yaşlı qapıçıya bütün mövcud transfer təkliflərini ətraflı öyrənib, özünə uyğun klub seçimi edə bilməsi üçün verildiyi bildirilir.

Lyorisin “Tottenhem”lə müqaviləsi daha bir mövsüm üçün nəzərdə tutulub. Fransız qapıçı “Tottenhem”də 2012-ci ildən çıxış edir. Lyoris “Tottenhem”də çıxış etdiyi 11 mövsüm ərzində “mahmızlar”ın heyətində 447 oyuna çıxıb, 508 qol “yeyib”, 151 oyunda qapısını “quru” saxlayıb. O, bu müddət ərzində bir kubok belə, qazana bilməyib.

“Transfermarkt” internet-portalı Lyorisi 3 milyon avro məbləğində qiymətləndirir.

Daha əvvəl, PSJ-nin Lyorisi maraq dairəsində saxladığı bildirilirdi.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: