“Tottenhem”dən Harri Keynə ultimatum

İngiltərənin “Tottenhem” klubu komandanın ingilis mərkəz hücumçusu Harri Keynə ultimatum vermək qərarına gəlib.

Arena.az bu barədə “Goal” portalına istinadən məlumat verir.

Mənbənin məlumatına görə, “Tottenhem”in sahibi Co Lyuis klubun prezidenti Daniel Leviyə Harri Keynin “Bayern”ə mümkün keçidi ilə bağlı şayiələrin mənzərəsində, ingilis hücumçuya ultimatum verməsini tapşırıb.

“Tottenhem” futbolçunun klubla müqaviləsini yeniləməkdən imtina edəcəyi halda, bu yay satılacağı barədə Keyni xəbərdar etmək niyyətindədir.

Daha əvvəl “Bayern”in Keyn üçün 100 milyon avroluq sonuncu təklifini hazırladığı haqda məlumat yayılmışdı. Bu məbləğin Münhen klubunun büdcəsinə müvafiq son məhdudiyyət olduğu vurğulanır.

Keyn “Tottenhem”in yetirməsidir və 2011-ci ildən “mahmızlar”ın heyətində çıxış edir. Geridə qalmış 2022/2023 mövsümündə Keyn “Tottenhem”in heyətində 49 oyuna çıxıb, 32 qol vurub, 5 məhsuldar ötürmə verib.

İngils hücumçunun “mahmızlar”la müqaviləsi 2024-cü ilə qədər qüvvədədir.

“Transfermarkt” internet-portalı Harri Keyni 90 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: