Harri Keyn “Bayern”ə keçmək üçün bunu da etdi

“Tottenhem”in ingilis hücumçusu Harri Keyn müqaviləsini “mahmızlar”dan satın almaq yolu ilə “Bayern”ə keçə bilər.

Arena.az bu barədə “Sport Bible” dərgisinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, hücumçunun transferi ilə bağlı “Tottenhem” və “Bayern” arasındakı danışıqlar hələ də davam edir və məntiqi sonluğuna yetişmək bilmir. Bu şəraitdə Harri Keynin özü 24 milyon avroluq maaşından imtina edərək, müqaviləsinin son ilini “Tottenhem”dən satın almaq imkanını nəzərdən keçirir.

Keyn bu məbləğlə klubların hazırda razılaşa bilmədiyi fərqi ödəmək istəyir.

Daha əvvəl bildirilirdi ki, “Bayern” Keyn üçün 100 milyon avro ödəməyə hazırdır. London klubu isə Keynin satışından 120 milyon avro qazanmaq niyyətindədir.

Harri Keynin “Tottenhem”lə müqaviləsi 2024-cü ilə qədər qüvvədədir.

Keyn “Tottenhem”in yetirməsidir və 2011-ci ildən “mahmızlar”ın əsas komandasında çıxış edir.

Geridə qalmış 2022/2023 mövsümündə Keyn “Tottenhem”in heyətində 49 oyuna çıxıb, 32 qol vurub, 5 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 30 yaşlı Harri Keyn 90 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: