Əvəzedicilər Liqası: “Qarabağ”la “Səbail” evdə uduzdu

Futbol üzrə Əvəzedicilər Liqasında 2023/2024 mövsümünün 1-ci turunun oyunları keçirilir. Arena.az xəbər verir ki, Azərbaycan Premyer Liqasında mübarizə aparan klubların əvəzedici komandaları arasında keçirilən yarışın ilk turunun ikinci oyun günündə 2 qarşılaşma baş tutub.

“Qarabağ”la “Zirə”nin əvəzediciləri arasındakı görüş qonaqların qələbəsiylə bitib. Maraqlıdır ki, “Zirə”nin əsas komandası da ötən gün “Qarabağ”ı oxşar hesabla məğlub etmişdi. “Sumqayıt”ın ikinci komandası isə səfərdə “Səbail”in əvəzedicilərini inamlı hesabla məğlub edib.

Bu turun “Kəpəz-2” – “Neftçi-2” və “Sabah-2” – “Qəbələ-2” görüşləri sabah – avqustun 7-də keçiriləcək. Turun ilk matçında “Araz-Naxçıvan”ın əvəzediciləri “Turan Tovuz”un ikinci komandasına qalib gəlmişdi.

Əvəzedicilər Liqası
1-ci tur
5 avqust

“Araz-Naxçıvan-2” – “Turan Tovuz-2” 2:0
Qollar: Tuqay Əlizadə, 60. Bayraməli Qurbanov, 62.
Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Ruslan Quliyev, Əkbər Əhmədov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Asif Əliyev.
Binə qəsəbə stadionu, 17:00.

6 avqust

“Qarabağ-2” – “Zirə-2” 0:1
Qol: Tuncay Hacıyev, 45.
Hakimlər: Vüqar Həsənli, Vüqar Bayramov, Sevda Nuriyeva, Elvin Bayramov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Binə qəsəbə stadionu, 17:00.

“Səbail-2” – “Sumqayıt-2” 1:3
Qol: İftixar İbrahimov, 3 – Uğur Cahangirov, 7; 39-pen. Qabil Əlizadə, 45+6.
Hakimlər: Rövşən Rəcəbov, Orxan İbişov, Rasim Axundov, Mahmud Bağırzadə.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Bakı. “ASCO Arena”, 17:00

7 avqust

“Kəpəz-2” – “Neftçi-2”
Hakimlər: İslam Məmmədov, Asif Abdullayev, Sənan Atayev, Murad Səlimov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Gəncə şəhər stadionu (ehtiyat meydança), 17:00.

“Sabah-2” – “Qəbələ-2”
Hakimlər: Səbuhi Bayramov, Kərim Zeynalov, Gülnurə Əkbərzadə, Şamil İmanzadə.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Bakı. “ASK Arena”, 19:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: