Əvəzedicilər Liqasında 1-ci tura yekun vuruldu

Bu gün futbol üzrə Əvəzedicilər Liqasında 2023/2024 mövsümünün 1-ci turunun oyunlarına yekun vurulub. Arena.az xəbər verir ki, Azərbaycan Premyer Liqasında mübarizə aparan klubların əvəzedici komandaları arasında keçirilən yarışın ilk turunun sonuncu oyun günündə daha 2 qarşılaşma baş tutub.

“Kəpəz”lə “Neftçi”nin əvəzediciləri arasında Gəncədə baş tutan oyun qonaqların qələbəsiylə yekunlaşıb. “Sabah”la “Qəbələ”nin ikinci komandalarının görüşündə də qonaqlar inamlı qələbəyə seviniblər.

Əvəzedicilər Liqasında 2-ci turun oyunları 13-15 avqust aralığında keçiriləcək.

Əvəzedicilər Liqası
1-ci tur
5 avqust

“Araz-Naxçıvan-2” – “Turan Tovuz-2” 2:0
Qollar: Tuqay Əlizadə, 60. Bayraməli Qurbanov, 62.
Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Ruslan Quliyev, Əkbər Əhmədov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Asif Əliyev.
Binə qəsəbə stadionu, 17:00.

6 avqust

“Qarabağ-2” – “Zirə-2” 0:1
Qol: Tuncay Hacıyev, 45.
Hakimlər: Vüqar Həsənli, Vüqar Bayramov, Sevda Nuriyeva, Elvin Bayramov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Binə qəsəbə stadionu, 17:00.

“Səbail-2” – “Sumqayıt-2” 1:3
Qol: İftixar İbrahimov, 3 – Uğur Cahangirov, 7; 39-pen. Qabil Əlizadə, 45+6.
Hakimlər: Rövşən Rəcəbov, Orxan İbişov, Rasim Axundov, Mahmud Bağırzadə.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Bakı. “ASCO Arena”, 17:00

7 avqust

“Kəpəz-2” – “Neftçi-2” 1:2
Qollar: Elmir Tağıyev, 33 – David Orucov, 16. Hüseyn Babayev, 43.
Hakimlər: İslam Məmmədov, Asif Abdullayev, Sənan Atayev, Murad Səlimov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Gəncə şəhər stadionu (ehtiyat meydança), 17:00.

“Sabah-2” – “Qəbələ-2” 1:3
Qollar: Camal Cəfərov, 14 – Bilal İsmayılov, 18. Sənan Ağalarov, 37. Ravil Qafarov, 63.
Hakimlər: Səbuhi Bayramov, Kərim Zeynalov, Gülnurə Əkbərzadə, Şamil İmanzadə.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Bakı. “ASK Arena”, 19:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: