Premyer Liqada mübarizə aparan klubların ikinci komandaları arasında keçirilən Əvəzedicilər Liqasında 2-ci turun oyun cədvəli açıqlanıb.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
Növbəti turun matçları 13-15 avqust aralığında keçiriləcək. Bazar günü və bazar ertəsi iki qarşılaşma baş tutacaq. Turun sonuncu oyun günündə isə bir matçın keçirilməsi nəzərdə tutulub.
Xatırladaq ki, Əvəzedicilər Liqasında bu gün yekunlaşan ilk tur “Araz-Naxçıvan”, “Zirə”, “Sumqayıt”, “Neftçi” və “Qəbələ”nin ikinci komandalarının qələbəsiylə yadda qalıb.
Əvəzedicilər Liqası
2-ci tur
13 avqust
“Araz-Naxçıvan-2” – “Qəbələ-2”
Binə qəsəbə stadionu, 17:00.
“Zirə-2” – “Kəpəz-2”
Bakı Olimpiya Stadionu (ehtiyat meydança), 18:00.
14 avqust
“Qarabağ-2” – “Turan Tovuz-2”
Binə qəsəbə stadionu, 17:00.
“Sumqayıt-2” – “Sabah-2”
“Sumqayıt Arena” (ehtiyat meydança), 17:00.
15 avqust
“Neftçi-2” – “Səbail-2”
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 17:00.


