Əvəzedicilər: “Qarabağ” 3, “Sabah” 5 qolla qalib gəldi

Premyer Liqada mübarizə aparan klubların ikinci komandaları arasında təşkil olunmuş Əvəzedicilər Liqasında 2-ci turun oyunları keçirilir.

Arena.az xəbər verir ki, ikinci oyun günündə daha iki qarşılaşma baş tutub.

“Qarabağ”ın əvəzediciləri “Turan Tovuz”un ikinci komandası ilə ev oyununda 3 cavabsız qolla qalib gəliblər. “Sumqayıt” və “Sabah”ın əvəzediciləri arasındakı 7 qolluq matç isə qonaqların qələbəsiylə yekunlaşıb.

2-ci tura sabah keçiriləcək “Neftçi-2” – “Səbail-2” oyunu ilə yekun vurulacaq.

Əvəzedicilər Liqası
2-ci tur
13 avqust

“Araz-Naxçıvan-2” – “Qəbələ-2” 2:6
Qollar: Bayraməli Qurbanov, 72-pen. Rauf Ağasənov, 90 – Hüseyn Mürsəlov, 33; 61. Sənan Ağalarov, 39; 45+1. Xəyyam Məmmədli, 74; 90.
Hakimlər: Əkbər Əhmədov, Tərlan Talıbzadə, Anar Bədəlov, Mahmud Bağırzadə.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Anar Şixəliyev.
Binə qəsəbə stadionu, 17:00.

“Zirə-2” – “Kəpəz-2” 1:0
Qol: Tuncay Hacıyev, 61-pen.
Hakimlər: Nicat İsmayıllı, Elman Kərimov, Zakir Şükürzadə, Şamil İmanzadə.
Hakim-inspektor: Gülağa Cabarov.
AFFA nümayəndəsi: Mahal Məmmədov.
Bakı Olimpiya Stadionu (ehtiyat meydança), 18:00.

14 avqust

“Qarabağ-2” – “Turan Tovuz-2” 3:0
Qollar: Emil Binyətzadə, 43. Rauf Məhərrəmov, 87. Eltun Babazadə, 89.
Hakimlər: Kamranbəy Rahimov, Rəhman Aslanov, Samir Qaracayev, Murad Səlimov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Binə qəsəbə stadionu, 17:00.

“Sumqayıt-2” – “Sabah-2” 2:5
Qollar: Əjdər Hacılı, 23. Tural Axverdiyev, 76 – Oluvaseun Timilehin, 14; 46. Şahmar Aşurov, 33. Nicat Quliyev, 90+4. Sənan Ağayev, 90+6.
Hakimlər: Əli Əliyev, Aydın Bəxşiyev, Mirnihat Seyidov, Namiq Bəkirov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
“Sumqayıt Arena” (ehtiyat meydança), 17:00.

15 avqust

“Neftçi-2” – “Səbail-2”
Hakimlər: Kamran Əliyev, Taleh Məmmədov, Qəzənfər Məmmədov, Elvin Bayramov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 17:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: