Premyer Liqada mübarizə aparan klubların ikinci komandaları arasında keçirilən Əvəzedicilər Liqasında 3-cü turun təyinatları açıqlanıb.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.
Əvəzedicilər Liqasında 3-cü tura avqustun 19-da bir oyunla start veriləcək. Bazar gün və bazar ertəsi isə iki qarşılaşmanın keçirilməsi nəzərdə tutulub.
Əvəzedicilərin çempionatında 2 turdan sonra maksimum nəticə göstərmiş “Qəbələ”, “Neftçi” və “Zirə”nin 6 xalı var. “Qarabağ”, “Sabah”, “Sumqayıt” və “Araz-Naxçıvan”ın əvəzediciləri 3 xal toplayıb. “Kəpəz”, “Turan Tovuz” və “Səbail”in ikinci komandaları isə hələ xalsızdır.
Əvəzedicilər Liqası
3-cü tur
19 avqust
“Kəpəz-2” – “Turan Tovuz-2”
Hakimlər: Elvin Bayramov, Vüqar Bayramov, Rasim Axundov, Səbuhi Axundov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Gəncə şəhər stadionu (ehtiyat meydança), 17:00.
20 avqust
“Qəbələ-2” – “Sumqayıt-2”
Hakimlər: Şamil İmanzadə, Asif Abdullayev, Sevda Nuriyeva, Əkbər Əhmədov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 17:00.
“Səbail-2” – “Zirə-2”
Hakimlər: Mahmud Bağırzadə, Kərim Zeynalov, Sənan Atayev, Rövşən Rəcəbov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Elçin Mehdiyev.
Bakı. “ASCO Arena”, 17:00.
21 avqust
“Qarabağ-2” – “Araz-Naxçıvan-2”
Hakimlər: Murad Səlimov, Orxan İbişov, Gülnurə Əkbərzadə, İslam Məmmədov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Binə qəsəbə stadionu, 17:00.
“Sabah-2” – “Neftçi-2”
Hakimlər: Rəşad Əhmədov, Səbuhi Soltanov, Ruslan Quliyev, Maqsud Şamıyev.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Bakı. “ASK Arena”, 18:00.


