Əvəzedicilər: “Turan Tovuz”la “Zirə”dən əzmkar qələbə

Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil olunmuş Əvəzedicilər Liqasında 4-cü turun oyunları keçirilir.

Arena.az xəbər verir ki, ikinci oyun günündə daha iki qarşılaşma baş tutub.

“Turan Tovuz”la “Səbail”in əvəzedicilərinin görüşündə üç qol qeydə alınıb və meydan sahiblərinin əzmkar qələbəsiylə yekunlaşıb. Elə “Zirə” və “Sabah”ın əvəzedicilərinin görüşündə də hesabı qonaqlar açdığı halda yekunda meydan sahibləri 2:1 hesabıyla üstün olublar.

Hesabat turu avqustun 28-də keçiriləcək iki oyunla yekunlaşacaq.

Əvəzedicilər Liqası
4-cü tur
26 avqust

“Araz-Naxçıvan-2” – “Sumqayıt-2” 0:1
Qol: Uğur Cahangirov, 15.
Hakimlər: İslam Məmmədov, Elman Kərimov, Şamil İmanzadə
Hakim-inspektor: Gülağa Cabarov.
AFFA nümayəndəsi: İlham Əliyev.
Binə qəsəbə stadionu, 17:00.

27 avqust

“Turan Tovuz-2” – “Səbail-2” 2:1
Qollar: Cavid Qasımov, 42. İsmayıl İsmayılov, 90+2 – İftixar İbrahimov, 35.
Hakimlər: Vüqar Həsənli, Taleh Məmmədov, Qəzənfər Məmmədov, Mahmud Bağırzadə.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Elman Musayev.
Tovuz şəhər stadionu, 17:00.

“Zirə-2” – “Sabah-2” 2:1
Qollar: Elmar Rəhimov, 70. Xəqani Sadıxov, 75 – Emin Məcidzadə, 25.
Hakimlər: Kamran Əliyev, Müslüm Əliyev, Samir Qaracayev, Əkbər Əhmədov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Anar Şixəliyev.
Bakı Olimpiya Stadionu (ehtiyat meydança), 18:00.

28 avqust

“Qarabağ-2” – “Kəpəz-2”
Hakimlər: Namiq Bəkirov, Anar Bədəlov, Mirnihad Seyidov, Elvin Bayramov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Binə qəsəbə stadionu, 17:00.

“Neftçi-2” – “Qəbələ-2”
Hakimlər: Rövşən Rəcəbov, Zakir Şükürzadə, Aydın Bəxşiyev, Murad Səlimov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Neftçi Futbol Mərkəzi (4-cü meydança), 18:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: