Əvəzedicilər Liqasında 6-cı turun oyun cədvəli açıqlandı

Premyer Liqa klublarının ikinci komandaları arasında keçirilən Əvəzedicilər Liqasında 6-cı turun oyun cədvəli müəyyənləşib.

Arena.az xəbər verir ki, bu turun oyunları 16-18 sentyabr aralığında baş tutacaq.

Turun açılış matçı sentyabrın 16-da “Zirə” ilə “Sumqayıt”ın əvəzediciləri arasında keçiriləcək.

Tura sentyabrın 18-də Tovuz şəhər stadionunda keçiriləcək “Turan Tovuz” – “Qəbələ” qarşılaşması ilə yekun vurulacaq.

Əvəzedicilər Liqası
6-cı tur
16 sentyabr

“Zirə” – “Sumqayıt”
Bakı Olimpiya Stadionu (ehtiyat meydança), 17:00.

17 sentyabr

“Kəpəz” – “Səbail”
Gəncə şəhər stadionu (ehtiyat meydança), 16:30.

“Araz-Naxçıvan” – “Neftçi”
Binə qəsəbə stadionu, 16:30.

18 sentyabr

“Qarabağ” – “Sabah”
Binə qəsəbə stadionu, 16:00.

“Turan Tovuz” – “Qəbələ”
Tovuz şəhər stadionu, 16:30.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: