İtaliyanın “Milan” klubunun portuqaliyalı sol cinah vingeri Rafael Leao “rossoneri”nin ən çox maaş alan futbolçusudur.
Arena.az xəbər verir ki, bu barədə İtaliyanın “Calcio e Finanza” nəşri məlumat yayıb.
Belə ki, nəşr “Milan” futbolçularının maaşları ilə bağlı məlumat dərc edib. Siyahıda Leao Milan təmsilçisinin ən ödənişli futbolçusu kimi göstərilib. Portuqaliyalı hücumçu mövsümə təxminən 5 milyon avro qazanır.
Maraqlıdır ki, Milan klubunun beş futbolçusu ildə 4 milyon avro qazanır. Ümumilikdə, “rossoneri” vergilərin çıxılmasına qədər ildə 89,9 milyon avro xərcləyir.
“Milan”ın ən çox maaş alan futbolçularının onluğunu təqdim edirik:
- Rafael Leao – 5 milyon avro (maaş məbləği vergilərin ödənilməsindən sonra qeyd edilib);
- Kristian Pulişiç – 4 milyon avro;
- Ruben Loftus-Çik – 4 milyon avro;
- Teo Ernandes – 4 milyon avro;
- İsmael Bennaser – 4 milyon avro;
- Samuel Çukveze – 4 milyon avro;
- Olivye Jiru – 3,5 milyon avro;
- Fikayo Tomori – 3,5 milyon avro;
- Alessandro Florensi – 3 milyon avro;
- Mayk Menyan – 2,8 milyon avro;
Xatıladaq ki, daha əvvəl müvafiq dərgi “Yuventus”un futbolçularının gəlirlərini açıqlayıb.


