Futbol üzrə Azərbaycan millisi bu gün Bakıda İordaniya yığması ilə beynəlxalq yoldaşlıq oyununda üz-üzə gəlib.
Arena.az xəbər verir ki, Mərdəkandakı “Dalğa Arena”da baş tutan qarşılaşmanı Türkiyədən olan FIFA referisi Arda Kardeşler idarə edib.
İordaniya Azərbaycan millisi üçün tanış rəqibdir. Belə ki, yığmamız buna qədər sözügedən rəqiblə iki dəfə üz-üzə gəlmişdi. Tərəflər arasındakı ilk görüş 2004-cü ilin 18 avqustunda Əmmanda baş tutmuşdu. Həmin oyunda qalib müəyyənləşməmişdi – 1:1. 2010-cu ildə yenə Əmman şəhərində baş tutan ikinci oyunda isə millimiz 2:0 hesablı səfər qələbəsinə sevinmişdi.
Bu komandalar ilk dəfə Azərbaycanda qarşılaşıblar. Bakıdakı görüşdə də yığmamız qələbə qazanan tərəf olub. Hesabı ilk yarının sonlarında penaltidən dəqiq yararlanan Emin Mahmudov açıb. İkinci hissədə qonaqlar hesaba tarazlıq gətirə bilsə də, yekunda Renat Dadaşov komandamıza qələbə qazandırmağı bacarıb.
Yoldaşlıq oyunu
12 sentyabr
Azərbaycan – İordaniya 2:1
Qollar: Emin Mahmudov, 45+1-pen. Renat Dadaşov, 80 – Nizar əl-Raşdan, 58.
Baş hakim: Arda Kardeşler (Türkiyə).
Baş hakimin köməkçiləri: Ceyhun Sesigüzel, İbrahim Çağlar Uyarcan (Türkiyə)
Dördüncü hakim: Tural Qurbanov (Azərbaycan).
Azərbaycan: 12. Şahruddin Məhəmmədəliyev, 3. Elvin Cəfərquliyev (17. Toral Bayramov, 46), 4. Bəhlul Mustafazadə, 5. Anton Krivotsyuk, 7. Coşqun Diniyev (13. Emil Səfərov, 67), 8. Emin Mahmudov (k) (15. Rahil Məmmədov, 83), 10. Mahir Emreli, 11. Ozan Can Kökçü (18. Rüstəm Əhmədzadə, 46), 20. Aleksey İsayev (16. Elvin Camalov, 46), 21. Qismət Alıyev, 22. Musa Qurbanlı (9. Renat Dadaşov, 67).
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 23. Yusif İmanov, 2. Amin Seydiyev, 6. Bəxtiyar Həsənalızadə, 14. Elvin Bədəlov, 19. Filip Ozobiç, 24. Yusif Nəbiyev.
Baş məşqçi: Canni De Byazi.
İordaniya: 1. Yazid Əbu Layla, 3. Abdullah Nəsib, 5. Yazan əl-Arab, 7. Anas Hammad (18. Saleh Rateb, 68), 9. Əli Olvan, 13. Mahmud əl-Mardi (15. Mahmud Şavkat, 86), 14. Nizar əl-Raşdan (6. Obayda əl-Samarneh, 86), 17. Raqayi Ayed (8. Nur əl-Ravabdeh, 68), 21. Mustafa Eid, 23. Ehsan Haddad, 20. Həmzə əl-Dardur (k) (11. Yazan əl-Naymat, 68).
Ehtiyat oyunçular: 22. Məhəmməd Abuxəlil, 12. Abdullah əl-Zubi, 2. Məhəmməd Əbu Həşiş, 4. Məhannəd Xair Allah, 10. Musa əl-Tamari, 16. Firas Şalabiya, 19. Yusuf Əbu əl-Cəzar.
Baş məşqçi: Hüsseyn Ammuta.


