“Kəpəz” – “Qəbələ” matçının tarixi dəyişdirildi

Əvəzedicilər Liqasının 8-ci turu çərçivəsində oktyabrın 2-də keçirilməli olan “Kəpəz-2” – “Qəbələ-2” oyununun vaxtı dəyişdirilib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, bu oyun “Qəbələ”nin 19 yaşlılardan ibarət komandasının UEFA Gənclər Liqasındakı görüşünə daha yaxşı hazırlaşa bilməsi məqsədilə sentyabrın 30-da keçiriləcək.

Qərar “Qəbələ” klubunun müraciəti, “Kəpəz”in razılığı ilə Peşəkar Futbol Liqası tərəfindən qəbul olunub.

Xatırladaq ki, “Qəbələ”nin U-19 komandası UEFA Gənclər Liqasının 2023/24 mövsümünün Çempionlar yolunun 1-ci mərhələsində Macarıstan təmsilçisi “Puşkaş Akademiya” ilə qarşılaşacaq. Bu mərhələnin görüşləri oktyabrın 4-də və 25-də keçiriləcək. “Qırmızı-qaralar” ilk matça evdə çıxacaq.

Bu cütün qalibinin ikinci mərhələdəki rəqibi də bəllidir. “Qəbələ” mərhələ adlasa, “Olimpiakos” (Yunanıstan) – “Leççe” (İtaliya) duelinin qalibi ilə üz-üzə gələcək. Bu mərhələnin qarşılaşmaları noyabrın 8-də və 29-da təşkil olunacaq. “Qəbələ” – “Puşkaş Akademiya” cütünün qalibi ilk matçını evdə keçirəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: