Əvəzedicilər: “Sumqayıt”la “Neftçi” doğma meydanda sevindi

Bu gün Premyer Liqa klublarının əvəzedici komandaları arasında keçirilən Əvəzedicilər Liqasında 7-ci tura start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

“Sumqayıt”la “Turan Tovuz”un əvəzedici komandalarının görüşü kifayət qədər məhsuldar alınıb. Bu matçın yekununda meydan sahibləri qələbə qazanıblar.

“Neftçi-2” isə “Zirə”nin əvəzediciləri ilə görüşdən inamlı qələbə ilə ayrılıb.

Turun qalan oyunları qarşıdakı günlərdə keçiriləcək.

Əvəzedicilər Liqası
7-ci tur
24 sentyabr

“Sumqayıt-2” – “Turan Tovuz-2” 4:3
Qollar: Sənan Muradlı, 40; 44; 52. Ayxan Süleymanlı, 81 – Sadiq Şəfiyev, 34. Fərid Cəfərov, 82. Taleh Həsənov, 90+1.
Hakimlər: Nicat İsmayıllı, Anar Bədəlov, Samir Qaracayev, Rövşən Rəcəbov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
“Sumqayıt Arena” (ehtiyat meydança), 16:00.

“Neftçi-2” – “Zirə-2” 3:1
Qollar: Yelmar Aşurov, 8-öz qapısına. Bahadur Quliyev, 32. İsmayıl Zülfüqarlı, 45+2-pen – Raul Nağıyev, 90+1.
Hakimlər: Elvin Bayramov, Rəhman Aslanov, Aydın Bəxşiyev, Səbuhi Bayramov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Neftçi Futbol Mərkəzi (4-cü meydança), 16:00.

25 sentyabr

“Sabah-2” – “Kəpəz-2”
Hakimlər: Murad Səlimov, Sevda Nuriyeva, Gülnurə Əkbərzadə, İrşad Aydınov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Elman Musayev.
“ASK Arena”, 17:00.

“Səbail-2” – “Araz-Naxçıvan-2”
Hakimlər: Mahmud Bağırzadə, Teymur Teymurov, Vüqar Bayramov, Fəridə Lütfəliyeva.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
“Bayıl Arena”, 17:00.

26 sentyabr

“Qəbələ-2” – “Qarabağ-2”
Hakimlər: Şamil İmanzadə, Taleh Məmmədov, Qəzənfər Məmmədov, Emin Abdullayev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 16:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: